Ölkədən çıxışına qadağa qoyulma xəbəri yayılan ƏMƏKDAR ARTİSTDƏN AÇIQLAMA

14:45 - 20 İyul 2022

Ölkədən çıxışına qadağa qoyulma xəbəri yayılan ƏMƏKDAR ARTİSTDƏN AÇIQLAMA

 Əməkdar artist, Dövlət Pantomima Teatrının direktoru Elman Rəfiyevin ölkədən çıxışına qadağa qoyulması xəbərinə münasibət bildirib.

 

Rəfiyev Manset.az-a açıqlamasında deyib ki, belə bir məhkəmə olmayıb:

"Mən heç yerə getməmişəm və belə bir şey yoxdur. Bu vəziyyətin bəzi dövlət qurumlarının səhlənkarlığı ucbatından baş verdiyini sübut edəcəyik. Heç bir məhkəmədən söhbət getmir. Mənim məhkəmədə nə işim var?".  
Qeyd edək ki, bu barədə xəbəri ilk olaraq “Qafqazinfo” yayıb. Xəbərdə bildirilirdi ki,  bu qərar Bakı Kommersiya Məhkəməsi tərəfindən çıxarılıb.

Məlum olub ki, teatrın dövlətə 150 min manatdan çox vergi borcu yaranıb. Dövlət Vergi Xidməti tərəfindən borcun ödənilməsi ilə bağlı məhkəmədə iddia qaldırılıb. Hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə iddia təmin olunub.

Dövlət Pantomima Teatrının səlahiyyətli şəxsi Elman Rəfiyev olduğu üçün onun Azərbaycan sərhədlərindən kənara çıxışı müvəqətti məhdudlaşdırılıb.

Qeyd edək ki, əməkdar artist Elman Rəfiyev 2009-cu ildən teatrın direktorudur.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az