Sumqayıtda şagirdlərdən attestat almaq üçün pul tələb olunur - SƏS YAZISI

20:41 - 20 İyul 2022

Sumqayıtda şagirdlərdən attestat almaq üçün pul tələb olunur - SƏS YAZISI

Sosial şəbəkələrdə yayılan səs yazısı müzakirələrə səbəb olub.

Manşet.az Baku TV-yə istinadən xəbər verir ki, səs yazısına görə, açıq-aşkar şəkildə şagirdlərdən pul tələb olunur. 

Hadisə Sumqayıt şəhəri 16 saylı tam orta məktəbdə qeydə alınıb.

Belə ki, müəllimə Hacıyeva Nəcibə Murtuz qızı “WhatsApp” qruplarından birinə 11-ci sinif şagirdlərindən attestat haqqı və digər xərcləri tələb edən səsyazısı göndərib. 

Abşeron-Xızı regional təhsil dairəsindən bildirib ki, hazırda idarə əməkdaşları tərəfindən məktəbdə araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az