Goranboyda yeniyetmə qızı elektrik cərəyanı vuraraq öldürüb.
Manşet.az report-a istinadən xəbər verir ki, hadisə Düzqışlaq kəndində qeydə alınıb.
Kənd sakini, 2008-ci il təvəllüdlü G.Qasımovanı elektrik cərəyanı vurub. O, hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırmalara başlanılıb.