63 yaşlı qadın onu şantaj edən sevgilisini polisə verdi

10:59 - 07 Oktyabr 2022

63 yaşlı qadın onu şantaj edən sevgilisini polisə verdi

İsmayıllıda şantaj edildiyini bildirən qadın oktyabrın 4-də polisə müraciət edib.

 

Manset.az qafqazinfo-ya istinadla xəbər verir ki, rayon sakini, 1959-cu il təvəllüdlü S.Quliyeva bildirib ki, sevgi münasibətində olduğu M.Məcidov 2017-2022-ci illər ərzində onu dəfələrlə hədələyərək pul alıb. O, həmin şəxsin 5 il ərzində ondan fotolarını yayacağı hədəsi ilə ümumilikdə 2590 manat aldığını bildirib.

Hədələrin davam etdiyini deyən qadın həmin şəxsin məsuliyyətə cəlb edilməsini xahiş edib.

Müraciətlə bağlı İsmayıllı Rayon Polis Şöbəsində araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az