Azərbaycan Ordusunun hərbçisi ürək çatışmazlığından vəfat edib.
Bu barədə Müdafiə Nazirliyindən Manset.az-a bildirilib.
Qeyd olunub ki, Azərbaycan Ordusunun hərbi qulluqçusu Quliyev Vahid Əlifağa oğlunun bu gün səhər saatlarında kəskin ürək-damar çatışmazlığı nəticəsində vəfat etməsi ilə bağlı məlumatı təsdiq edirik.
Faktla bağlı araşdırma aparılır.