Gəncədə zəhərlənən şagirdlərdən daha ikisi evə buraxıldı

18:56 - 07 Oktyabr 2022

Gəncədə zəhərlənən şagirdlərdən daha ikisi evə buraxıldı

Gəncədə zəhərlənərək xəstəxanada müalicə alan 3 saylı tam orta məktəbin daha iki şagirdi evə buraxılıb.

 

Manset.az report-a istinadən xəbər verir ki, Abbas Səhhət adına Yoluxucu Xəstəliklər Şöbəsindən verilən məlumata görə, xəstəxanaya zəhərlənmə diaqnozu ilə gətirilən beş şagirddən üçü ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Digər iki şagirdin müalicəsi isə xəstəxana şəraitində davam etdirilib.

Qeyd edək ki, bu gün səhər saatlarında məktəbin "6b" sinfində texnologiya dərsi zamanı şagirdlər tərəfindən hazırlanan salat 5 nəfərin zəhərlənməsinə səbəb olub.

Hadisə ilə bağlı dərhal valideynlərə bildirilib və həkimə müraciət edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az