Əkin mövsümü başlayandan meşə fondu torpaqlarında 400 mindən artıq ağac əkildi- FOTOLAR

19:46 - 16 Noyabr 2022

Əkin mövsümü başlayandan meşə fondu torpaqlarında 400 mindən artıq ağac əkildi- FOTOLAR

Payız əkin mövsümü başlayandan bugünədək ölkə ərazisinin meşə fondu torpaqlarının açıq və seyrək sahələrində meşəbərpa tədbirləri çərçivəsində ümumilikdə 405 000 ağac əkilib, 18 ton toxum səpilib.

 

Manset.az xəbər verir ki, meşələrin İnkişafı Xidmətinin rəsmisi Cabbar Qəribov bildirib ki, payız əkin planına uyğun olaraq bu gün Zaqatala, Şəki, Qəbələ, Quba, Ağcabədi, Tovuz, Şəmkir, Göygöl, Sabirabad, Lənkəran, Masallı rayonlarının meşə fondu torpaqlarının 31 hektar ərazisində 35 000 ağac əkilib, 1000 kiloqram toxum səpilib.

“Payız ağac əkini ilə əlaqədar ölkə ərazisində meşəbərpa tədbirləri davam edir, hər bölgənin iqlim şəraitinə uyğun Regional Meşə Təsərrüfatı Mərkəzlərinin tinglik sahələrində yetişdirilən müxtəlif növ ağac tingləri əkilir, toxumlar səpilir”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az