Kürdəmirdə 16 yaşlı qız nişanlandı - DİN-dən açıqlama

09:57 - 17 Noyabr 2022

Kürdəmirdə 16 yaşlı qız nişanlandı - DİN-dən açıqlama

Kürdəmir Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları 16 yaşlı qızın nişanlanması ilə bağlı valideynlərinə xəbərdarlıq edib.

 

Manset.az report-a istinadən xəbər verir ki, faktla bağlı Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən bütün tədbirlər icra olunur.

"Polis əməkdaşları məktəblinin valideynləri ilə izahedici söhbətlər aparıblar və qeyd olunan halın hüquqazidd olduğu onların diqqətinə çatdırılıb. Araşdırmalar zamanı qızın 16 yaşının tamam olduğu məlum olub. Valideynləri isə ailə daxilində kiçik bir mərasimin keçirildiyini səmimi etiraf edərək övladlarının hal-hazırda onlarla birlikdə yaşadığını, yalnız 18 yaşı tamam olduqdan sonra oğlan toyunun keçiriləcəyi bildiriblər", - DİN rəsmisi vurğulayıb.

Xatırladaq ki, noyabrın 16-da Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkədə Kürdəmirdə məktəbli qızın nişanlanması ilə bağlı paylaşım etmişdi.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az