İlanları qoynunda bəsləyən Mirhəsən kişi - VİDEO

23:36 - 18 Noyabr 2022

İlanları qoynunda bəsləyən Mirhəsən kişi - VİDEO

Qafqaz gürzəsi, Qırmızıqarın təlxə, Qərb yatağanı və Səhra kələzi.

 

Manset.az xəbər verir ki, Mirhəsən kişi bir gününü belə ilanlarsız təsəvvür etmir. Görüntülər Ağdamın Quzanlı qəsəbəsində lentə alınıb.

Nə qədər təhlükəli olsa da, uzun illərdir evində ilan bəsləyən Mirhəsən Abduyev onlara xüsusi qulluq edir.

Onun sözlərinə görə, sayları artdıqca ilanları evdən uzaqlaşdıraraq ən sağlam olanlarını saxlayır.

Ailə üzvlərinin də sürənənlərdən qorxmadığını deyən Mirhəsən Abduyev güman edir ki, bəslədiyi ilanlar bu ocağı heç vaxt tərk etməyəcək. Ondan sonra bu canlılara övladları qulluq edəcək.

Qeyd edək ki, Azərbaycan ərazisində 28 növ ilan var. Bunlardan 16-sı zəhərsiz, 5-i yarızəhərli, 7-si isə zəhərli olaraq təsnif olunur.

Daha ətraflı Baku TV-nin süjetində:


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az