Dövlət qurumları arasında minifutbol turniri keçirilir - FOTOLAR

15:53 - 19 Noyabr 2022

Dövlət qurumları arasında minifutbol turniri keçirilir - FOTOLAR

Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş minifutbol turnirinə start verilib. 

 

KOBİA-dan Manset.az-a verilən məlumata görə, turnir Gənclər və İdman Nazirliyinin və Azərbaycan Minifutbol Federasiyasının təşkilatçılığı ilə keçirilir. 

Dövlət qurumlarının 50-dən çox komandasının iştirakı ilə keçirilən turnirdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) komandası da iştirak edir. 

Noyabrın 18-də turnirin açılış mərasimi keçirilib. Sonra KOBİA və Dövlət Neft Şirkətinin (SOCAR) komandaları arasında turnirin ilk oyunu təşkil olunub. 

Oyunda KOBİA-nın komandası 1:0 hesabı ilə qalib gəlib. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az