Sabahın hava PROQNOZU

13:10 - 21 May 2023

Sabahın hava PROQNOZU

Mayın 22-də gözlənilən hava şəraiti açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən Manset.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında əsasən yağmursuz olacaq. Şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 12-17° isti, gündüz 22-27° isti olacaq. Atmosfer 756 mm civə sütunundan 759 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Əsasən şimal və qərb rayonlarında leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Axşama doğru tədricən kəsiləcək. Bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 12-17° isti, gündüz 24-29° isti, dağlarda gecə 3-8° isti, gündüz 10-15° isti olacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az