Avtobuslarda ödənişlə bağlı YENİLİK

10:39 - 20 İyun 2023

Avtobuslarda ödənişlə bağlı YENİLİK

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) ictimai nəqliyyatda alternativ ödəniş imkanı yaradan yeni mobil tətbiqi təqdim edib.

 

Manset.az xəbər verir ki, yeni mobil tətbiq vasitəsilə sərnişinlərin QR bilet alması, bütün bank kartları vasitəsilə “BakıKart” hesabını artırması mümkün olacaq. 

Hazırda pilot mərhələsində olan mobil tətbiq iyulun 1-dən tam qüvvəsi ilə sərnişilərin xidmətində olacaq.

AYNA-nın departament rəhbəri Sübhan Əbilov bildirib ki, sərnişinlərin aldığı QR bilet 5 dəqiqə ərzində keçərli olacaq: "Əgər sərnişin aldığı bileti 5 dəqiqə ərzində istifadə etməsə, onun biletə görə etdiyi ödəniş hesabına geri qayıdacaq. Sərnişinlər eyni zamanda mobil tətbiq vasitəsilə bir neçə bilet də ala bilərlər".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az