Nazir dostu olan generalın oğluna yüksək vəzifə verdi - FOTO

10:07 - 23 İyun 2023

Nazir dostu olan generalın oğluna yüksək vəzifə verdi - FOTO

Fövqəladə Hallar Nazirinin mərhum müavini, general-leytenant Nazim Məmmədovun oğlu Kamal Məmmədova yüksək vəzifə verilib.

 

Manset.az Qaynarinfo-ya istinadən xəbər verir ki, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə daxili xidmət mayoru Məmmədov Kamal Nazim oğlu Fövqəladə halların xəbərdar edilməsi və daxili təhlükəsizlik Baş İdarəsinə rəis müavini təyin olunub. 

Qeyd edək ki, bu vəzifəyə kimi Kamal Məmmədov FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşı olub. 

Xatırladaq ki, Nazim Məmmədov 2022-ci ilin 26 avqustunda 70 yaşında vəfat edib. Onun Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovla yaxın dost olduğu bildirilirdi.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az