AZAL-ın təxirə salınan daha 2 reysinin sərnişinləri Naxçıvana yola düşüblər

15:47 - 23 İyun 2023

AZAL-ın təxirə salınan daha 2 reysinin sərnişinləri Naxçıvana yola düşüblər

Ötən gündən “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) təxirə salınan daha iki J2-2153 və J2-263 reysinin sərnişinləri Naxçıvana yola düşüblər.

 

Manset.az report-a istinadən xəbər verir ki, bu barədə AZAL məlumat yayıb. 

Bildirilib ki, əlverişli hava şəraiti olduğu təqdirdə aviaşirkət normal fəaliyyətə qayıtmaq üçün bu istiqamət üzrə qısa müddətdə bütün gecikmiş uçuşları gün ərzində yerinə yetirməyi planlaşdırır.

Gecikmiş reyslərin sərnişinlərindən aktual məlumatları aviaşirkətin sosial şəbəkələrdəki rəsmi səhifələrində və KİV-də izləmələri və ya [email protected] elektron poçt ünvanı vasitəsilə bizimlə əlaqə saxlamaları xahiş olunur”, - deyə məlumatda qeyd edilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az