Tovuz rayonundan sel keçir - FAKTİKİ HAVA

11:02 - 24 İyun 2023

Tovuz rayonundan sel keçir - FAKTİKİ HAVA

Azərbaycanda müşahidə olunan faktiki hava şəraiti açıqlanıb.

 

Manset.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin iyunun 24-ü saat 10:00-a olan məlumatına əsasən, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb. 

Düşən yağıntının miqdarı Qaxda 8 mm, Ordubadda 4 mm, Şahbuz, Sədərəkdə 3 mm, Şərur, Culfa, Gədəbəy, Göygöl, Şəki, Naxçıvan, Daşkəsən, Şəmkir, Tovuz, Balakən, Oğuz, Qusar, Tərtər, Yevlaxda 4 mm-dək olub. Şərur, Daşkəsən, Göygöl, Balakən, Şəki, Qrız, Şahdağda  duman müşahidə olunub. 

Tovuz rayonu ərazisindən keçən Axıncaçaydan hazırda sel keçir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az