Rövşən Məmmədov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşdü - FOTOLAR

15:28 - 24 İyun 2023

Rövşən Məmmədov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşdü - FOTOLAR

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirib. Görüşdə gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi qrupunun rəhbəri Fərhad Hacıyev də iştirak edib.

 

Manset.az xəbər verir ki, AzTV sədri sədri “Yüksəliş” müsabiqəsinin qaliblərini müsabiqədə əldə etdikləri nailiyyət münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

O, qaliblərin suallarını cavablandırıb, mövzu barədə qaliblərlə fikir mübadiləsi aparıb. Qaliblərin nitq qabiliyyəti barədə fərdi şərhlər verən Rövşən Məmmədov onlara gələcəkdə nitq bacarıqlarını inkişaf etdirmələri üçün müxtəlif təlimlərdə iştiraka cəlb etməyə köməklik göstərəcəyini bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az