"Rostov və Voronejdən köçürülmə ilə bağlı müraciət daxil olub?" - Fuad Muradovdan AÇIQLAMA

16:19 - 24 İyun 2023

\"Rostov və Voronejdən köçürülmə ilə bağlı müraciət daxil olub?\" - Fuad Muradovdan AÇIQLAMA

"Həm Rostov, həm Voronejdə müvafiq şöbəmiz orada yaşayan azərbaycanlılarla daim əlaqədədir".

 

Bu sözləri Manset.az-a açıqlamasında Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bildirib. O, qeyd edib ki, orada olan soydaşlarımız təlimatlandırılıb:

"Hələlik onların həyati təhlükəsi yoxdur.Sadəcə Rostovda bildiriş verilib ki, heç kəs evdən çıxmasın. Onlar da bu təlimata əməl edirlər. Soydaşlarımızdan onlara kömək lazım olub-olmadığı soruşulub.

Voronejdə isə hələ ki, təhlükəli vəziyyət yoxdur. Ona görə orada yaşayan soydaşlarımıza evdən çıxıb-çıxmamaqla bağlı xəbərdarlıq edilməyib. Biz daim əlaqədəyik, nəzarətdə saxlayırıq. Nəsə müraciət  olsa, digər qurumlarla müzakirə edərək orada yaşayan azərbaycanlılara  nə etmək lazımdırsa, edəcəyik. Hələlik Rostovdan və Voronejdən başqa şəhərə köçürülmə ilə bağlı bizə müraciət daxil olmayıb".

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az