Sürücülərin nəzərinə! - Bu yolda hərəkət məhdudlaşdırılacaq

14:03 - 25 İyun 2023

Sürücülərin nəzərinə! - Bu yolda hərəkət məhdudlaşdırılacaq

25 iyun saat 23:00-dan 27 iyun saat 20:00-dək Bakı şəhəri, Yasamal rayonunun Mikayıl Müşfiq  küçəsində (Parlament prospektindən  İsmayıl bəy Qutqaşınlı küçəsinə qədər olan hissə) aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

 

Manset.az xəbər verir ki, sürücülərdən qeyd olunan saatlarda sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına riayət etmələri və ərazidə quraşdırılmış müvəqqəti yol nişanlarının tələblərinə uyğun avtonəqliyyat vasitələrini idarə etmələri xahiş olunur. 

Yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az