Azərbaycanda son sutkada 1 nəfər koronavirusa yoluxdu

16:41 - 30 İyun 2023

Azərbaycanda son sutkada 1 nəfər koronavirusa yoluxdu

Azərbaycanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Manset.az-a verilən məlumata görə, son sutkada infeksiyaya 1 yeni yoluxma faktı qeydə alınıb.

COVID-19-a yoluxan 6 nəfər sağalıb.

İndiyədək ölkədə ümumilikdə 831 945 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 821 648 nəfər müalicə olunaraq sağalıb, hazırda 15 aktiv xəstə var. Bu günə qədər 10 282 nəfər vəfat edib.

Məlumata görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 138, bu günə qədər isə ümumilikdə 7 643 678 test icra olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az