Boşandığı arvadı ilə barışdı - 10 bıçaq zərbəsi vurdu

10:30 - 01 İyul 2023

Boşandığı arvadı ilə barışdı - 10 bıçaq zərbəsi vurdu

Gəncə şəhərində ər və arvad bıçaq xəsarətləri alıb.


Manset.az report-a istinadən xəbər verir ki, 1989-cu il təvəllüdlü Ramin Rafiq oğlu İmanov bir müddət öncə boşandığı 1988-ci il təvəllüdlü Şəhla Bayramovla 10 gün əvvəl yenidən barışıb.

Tərəflər arasında yaranmış mübahisə zamanı qadın 10-dan çox bıçaq xəsarəti alıb.

R.İmanovun həyat yoldaşına bıçaqla xəsarət yetirdikdən sonra özünə də xəsarət yetirdiyi bildirilir.

O döş qəfəsindən bıçaq xəsarəti alıb və hər ikisi xəstəxanaya yerləşdiriliblər. Vəziyyətləri orta-ağır və ağır qiymətləndirilir.

Qeyd edək ki, cütlüyün 3 övladı var.

Faktla bağlı araşdırma davam etdirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az