"Rusiya sülhməramlı kontingenti ilə davamlı şəkildə operativ qaydada təmasdayıq" - Anar Eyvazov

10:47 - 20 Sentyabr 2023

\"Rusiya sülhməramlı kontingenti ilə davamlı şəkildə operativ qaydada təmasdayıq\" - Anar Eyvazov

Ermənistanın bəzi sosial media hesablarında guya Silahlı Qüvvələrimiz tərəfindən erməni əsilli sakinləri təxliyə edən Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingentinə məxsus mövqenin və həmin kontingentin nümayəndələrinin müşayiət etdiyi mülki kolonun atəşə tutulması barədə yayılan tamamilə məlumatlar yalandır və dezinformasiya xarakteri daşıyır. Belə əsassız iddialara cavab olaraq bildirirəm ki, sülhməramlı kontingent ilə davamlı şəkildə operativ qaydada təmasdayıq və onların öz vəzifələrini icra etmələri üçün tərəfimizdən zəruri şərait yaradılır.

 

Manset.az xəbər verir ki, bu sözləri Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Anar Eyvazov deyib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az