Polis Əsgərov dəfn edildi - FOTO

11:53 - 20 Sentyabr 2023

Polis Əsgərov dəfn edildi - FOTO

Qanunsuz erməni silahlı birləşmələri tərəfindən törədilən terror aktı nəticəsində həlak olan polis serjantı Əsgərov Ələsgər Zakir oğlu dəfn edilib.

 

Manset.az “Nuhçıxan”a istinadən xəbər verir ki, mərhum polisimiz yaylım atəşi və Dövlət Himninin sədaları altında Naxçıvan şəhərinin Əliabad qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində dövlət və hökumət nümayəndələri, ailə üzvləri və yaxınları iştirak ediblər. Dəfndə şəhidlərin ruhuna dualar oxunub, qəbrinə tər güllər düzülüb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az