İrəvanda keçirilən etiraz aksiyalarında 16 nəfər saxlanılıb

12:05 - 20 Sentyabr 2023

İrəvanda keçirilən etiraz aksiyalarında 16 nəfər saxlanılıb

Ötən gün İrəvanda keçirilən iki etiraz aksiyasında ümumilikdə 16 nəfər saxlanılıb.

 

Manset.az Report-a istinadən xəbər verir ki, 11 nəfər hökumət binası yaxınlığında, 5 nəfər isə Rusiya səfirliyi yaxınlığında saxlanılıb.

Daha əvvəl hökumət binasının qarşısına 500 etirazçının toplaşdığı barədə məlumat verilmişdi. Onlar hökumət əleyhinə şüarlar səsləndiriblər. Nümayişçilərlə polis arasında toqquşma nəticəsində 16 polis daxil olmaqla, 34 nəfər xəsarət alıb.

Xatırladaq ki, ötən gün axşam saatlarında Rusiyanın İrəvandakı səfirliyinin binasına giriş-çıxış etirazçılar tərəfindən bağlanmışdı. Diplomatik nümayəndəlik tədbir görmək üçün Ermənistan Xarici İşlər Nazirliyinə nota göndərib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az