"Anti-terror əməliyyatları bölgədə dayanıqlı sülhün təmin olunmasına xidmət edir" - Aydın Hüseynov

12:50 - 20 Sentyabr 2023

\"Anti-terror əməliyyatları bölgədə dayanıqlı sülhün təmin olunmasına xidmət edir\" - Aydın Hüseynov

Anti-terror əməliyyatları bölgədə dayanıqlı sülhün təmin olunmasına xidmət edir.

 

Manset.az xəbər verir ki, bu barədə Milli Məclisin deputaı Aydın Hüseynov bildirib.

Azərbaycan tərəfinin həyata keçirdiyi anti-terror tədbirləri yalnız Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək, ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, dinc əhalinin təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsinə, eyni zamanda, bölgədə dayanıqlı sülhün təmin olunmasına xidmət edir. Azərbaycanın müvafiq qurumları tərəfindən xüsusilə vurğulanmışdır ki, görülən tədbirlərin hədəfi yalnız qanunsuz hərbi birləşmələr və hərbi infrastrukturdur. Mülki əhali heç bir halda hədəf deyil və onların həyatı üçün heç bir təhlükə yoxdur və Azərbaycan Ordusu anti-terrro əməliyyatları zamanı maksimum şəkildə onların təhülkəsizliyini də qoruyur. Bu şəxslər də Azərbaycan  vətəndaşlarıdır və onların da reinteqrasiyası, ölkə Konstitusiyası və Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq sazişlər çərçivəsində bütün hüquq və azadlıqlarının təmin olunması başlıca şərtlərdəndir və Azərbaycan hökuməti buna sadiqliyini nümayiş etdirir.

Millət vəkili qeyd edib ki, Azərbaycan 44 günlük tarixi Zəfərlə öz ərazi bütövlüyünü təmin etdikdən sonra torpaqlarımızda yaşayan erməniəsilli sakinlərin təhlükəsiziliyi, bölgədə sülhün təmin olunması üçün bütün imkanlardan istifadə etsə də, nə qədər sülhpərvər, və humanist siyasət yürütsə də Ermənistanın himayə etdiyi bölgədəki silahlı birləşmələri Azərbaycan ərazisindən çıxatrmaq istəyini grmədi, dəfələrlə qarşı tərəfə şans verildi ki, sakit şəraitdə separatçıların bölgədən çıxarılması təmin olunsun. Ancaq Ermənistan və onun Xankəndində yaratdığı qondarma rejim buna məhəl qoymaq istəmədi və tarixi ərazimizdə qanunsuz erməni hərbi birləşmələrinin mina terroru nəticəsində Azərbaycan vətəndaşlarının şəhid olması rəsmi Bakını qəti tədbirlər görməyə vadar etdi.

Aydın Hüseynov bildirib ki, 44 günlük Vətən müharibəsində olduğu kimi bu gün də Azərbaycan xalqı yekdilliklə Müzəffər Ali Abş Komandanın bu qətiyyətli və əzmkar, milli maraqlarımıza hesablanmış addımlarını dəstəkləyir, qəhrəman ordumuzun fəaliyyətini alqışlayır. Azərbaycan bu əməliyyatları uğurla başa çatdırraraq bölgənin əbədi təhlükəsziliyini təmin edəcək, bununla da ərazidə təhülkəsizliyi qoruyan hərbşilərin, polislərin, öz doğma yurd-yuvalarına qayıtmış dinc sakinlərin, eləcə də bu ərazilərdə fəaliyyət göstərən müxtəlif şirkətlərin əməkdaşlarına, mülki əhaliyə, habelə xarici şirkətlərin əməkdaşlarının həyatı üçün təhülkələr də tam aradan qalxmış olacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az