Azərbaycanlı jurnalist canlı yayımda etiraz etdi: Bizi incidir sizin belə deməyiniz

17:52 - 20 Sentyabr 2023

Azərbaycanlı jurnalist canlı yayımda etiraz etdi: Bizi incidir sizin belə deməyiniz

Xəbər verdiyimiz kimi ermənilərin Qarabağda təxribatlarının artmasından sonra Azərbaycanın başlatdığı əməliyyat bu gün günorta saatlarında əldə olunan razılaşma ilə başa çatıb.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, Türkiyə mediası Halk TV-də “Medya Mahallesi” verilişini təqdim edən jurnalist Ayşenur Arslanın Qarabağdakı son hadisələri çatdırmaq üçün azərbaycanlı jurnalist Toğrul Allahverdiyevi efirə qoşması ilə gərgin anlar yaşanıb.

Canlı əlaqə vasitəsilə studiyaya qoşulan Toğrul Allahverdiyev Arslanın Ermənistan silahlı qüvvələrinə qarşı separatçı qüvvələr ifadəsini işlətməsindən narahat olub.

Allahverdiyev "Ayşenur xanım, üzr istəyirəm, onlara erməni separatçıları deməyək. Separatçılar tamam başqa şeydir, bunlar tamam başqa şeydir. Bizi incidir sizin belə deməyiniz. Bayaq da dediniz "Qarabağın paytaxtı ...". Qarabağ dövlət deyil."Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Necəki, İzmir və İstanbul varsa, Qarabağ da Azərbaycanın bir bölgəsidir" – deyib.

Ayşenur Arslan jurnalistə haqlı olduğunu və bu ifadəni dırnaq içərisində işlətdiyini bildirib.

Aygün

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az