2 rayonda qaz olmayacaq

08:55 - 21 Sentyabr 2023

2 rayonda qaz olmayacaq

“Azəriqaz” İstehsal Birliyi Oğuz və Balakən sakinlərinə müraciət edib.

 

“Azəriqaz”dan Manset.az-a bildirilib ki, “Qaz İxrac” İdarəsinin sifarişi əsasında QPS-lərdə ölçü qovşaqlarının giriş və çıxışlarında quraşdırılmış istismara yararsız siyirtmələrin dəyişdirilməsi ilə bağlı bu gün saat 09:00-dan təmir işləri başa çatanadək “Oğuz (Yaqublu)” ölçü qovşağından və “Balakən 1 və 2 xətt” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.


Təmir işləri aparılan müddətdə Oğuz rayonun tam olaraq, Balakən rayonunun isə böyük hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az