Faktiki hava AÇIQLANDI

12:34 - 04 Oktyabr 2023

Faktiki hava AÇIQLANDI

Oktyabrın 4-ü saat 11:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

 

Bu barədə Manset.az-a Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib.

Qeyd edilib ki, düşən yağıntının miqdarı Şimal rayonlarında 29 mm, Qərb rayonlarında 15 mm, Mərkəzi Aran zonasında 14 mm, Cənub zonasında isə 17 mm-dək olub, arabir güclənən şimal-qərb küləyi əsib.

Şərqi Zəngəzur və Qarabağ bölgəsində bu gün gün ərzində hava şəraitinin yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, şimşək çaxacağı və yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az