İlhamə Nəzərova yüksək vəzifəyə TƏYİN EDİLDİ

19:40 - 04 Oktyabr 2023

İlhamə Nəzərova yüksək vəzifəyə TƏYİN EDİLDİ

Naxçıvan MR Gənclər və İdman Nazirliyinə yeni aparat rəhbəri təyin edilib.

 

Manset.az-ın əldə etdiyi məlumata görə, müvafiq əmrlə İlhamə Nəzərova Naxçıvan MR Gənclər və İdman Nazirliyinin aparat rəhbəri vəzifəsinə təyin edilib. 

Bildirək ki, bir müddət əvvəl Naxçıvan MR Gənclər və İdman Nazirliyinin aparat rəhbəri Tahir Məmmədli  vəzifəsindən azad edilərək Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi təyin edilib.

Qeyd edək ki, nazirliyin aparat rəhbəri təyin edilən İlhamə Nəzərova bundan əvvəl Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışıb. 

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az