Qanunsuz ağac kəsənlər cəzalandırıldı

10:14 - 05 Oktyabr 2023

Qanunsuz ağac kəsənlər cəzalandırıldı

Bakı şəhəri Binəqədi rayonu, Abşeron rayonu Xırdalan şəhəri, Ağdaş rayonu və Mingəçevir şəhəri ərazisində ağacların qanunsuz kəsildiyi müəyyən edilib.

 

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov Manset.az-a bildirib ki, araşdırma zamanı ağacların Binəqədi rayonu, S.Bəhlulzadə küçəsi 44 ünvanında vətəndaş Elmira Əliyeva, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsində “SAS İnşaat” MMC, Ağdaş rayonu Tofiqi kəndi ərazisində vətəndaş Rza Məmmədov, Mingəçevir şəhəri Sağ sahil qəsəbəsində isə vətəndaş Sultan Məmişova tərəfindən kəsildiyi məlum olub.

“Faktlarla bağlı akt tərtib edilib, hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Baş Prokurorluğa göndərilib”, - o əlavə edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az