Prezident Qafqaz Evi ideyası altında Azərbaycanın maraqlı olduğunu dünyaya bəyan etdi - Aydın Hüseynov

13:06 - 09 Oktyabr 2023

Prezident Qafqaz Evi ideyası altında Azərbaycanın maraqlı olduğunu dünyaya bəyan etdi - Aydın Hüseynov

Prezident İlham Əliyevin 8 oktyabrda Gürcüstan səfəri olduqca əhəmiyyətli səfər idi. Bu səfər Azərbaycanın Qarabağdakı qondarma separatçı rejimi tamamilə sıradan çıxardığı, suverenliyini bu ərazidə də bərpa etdiyi, bölgədə yeni reallıq yarandığı bir zamanda həyata keçirildi. Təsadüfi deyil ki, cənab Prezident yaranmış yeni reallıqların çağırışlarını Tiflisdə bəyanatında xüsusi qeyd etdi”.

 

Manset.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Aydın Hüseynov açıqlamasında bildirib.

A.Hüseynov qeyd edib ki, Prezident İlham Əliyev Tiflisdən Azərbaycan-Gürcüstan səmərəli əməkdaşlıq formatına Cənubi Qafqazın üçüncü ölkəsi Ermənistanı dəvət etmiş oldu: “Azərbaycan dövlət başçısı Cənubi Qafqazın sabit, inkişaf etmiş məkan olması üçün fürsət yarandığını bəyan elədi və Ermənistanın bu fürsəti dəyərləndirməsinin həmin dövlətin gələcəyi üçün yaxşı perspektivlər açacağı mesajını verdi. Cənab İlham Əliyev Cənubi Qafqazda sabitlikdə, Cənubi Qafqaz ölkələrinin Qafqaz Evi ideyası altında əməkdaşlığının qurulmasında Azərbaycanın maraqlı olduğunu bütün dünyaya mesaj vermiş oldu”.

Deputat həmçinin deyib ki, Prezident İlham Əliyev Azərbaycanla Ermənistan arasında normallaşma prosesi ilə bağlı danışıqların Gürcüstanda keçirilməsini bir daha təklif etməklə də Cənubi Qafqazın problemlərini elə bu üç ölkənin özlərinin öz aralarında həll etməsinin zamanı çatdığını ifadə etdi: “Niyə də sülhdə səmimi şəkildə maraqlı olan qonşu Gürcüstan sülh anlaşması üçün ən əlverişli məkan olmasın? Cənab Prezident bəyan etdi ki, bu gün bir neçə ölkə və eyni zamanda, bəzi beynəlxalq təşkilatlar Ermənistan və Azərbaycan arasında gedən normallaşma prosesində öz dəstəyini göstərməyə çalışırlar. Biz bunu alqışlayırıq. Əgər bu, birtərəfli və qərəzli deyilsə, əlbəttə, biz istənilən vasitəçiliyi və yardımı qəbul edirik.  Cənab İlham Əliyev fikrincə davam edərək onu da dedi ki, ən düzgün seçim həm tarixi əlaqələri, həm coğrafi amili nəzərə alaraq, əlbəttə ki, bu sahədə Gürcüstan ola bilərdi. Azərbaycan lideri Gürcüstanın görüş məkanı kimi məqbul məkan olduğunu və burada Ermənistanla həm ikitərəfli, həm də Gürcüstanın da iştirakı ilə danışıqlara hazır olduğunu bəyan elədi. Gürcüstan tərəfinin də bu məsələdə Azərbaycanla mövqeyi eynidir. Beləliklə, yenə də Ermənistanın addım atması qalır. Əgər İrəvan məsələyə müsbət yanaşarsa tamamilə yeni bir mərhələnin başlanmasına şahidlik edə bilərik”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az