Füzuliyə daha 88 nəfər köçürülür - FOTOLAR

08:51 - 10 Oktyabr 2023

Füzuliyə daha 88 nəfər köçürülür - FOTOLAR

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.

 

Manset.az AzərTac-a istinadən xəbər verir ki, Böyük Qayıdış proqramı çərçivəsində oktyabrın 10-da növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb.

Bu mərhələdə Füzuli şəhərinə daha 21 ailə - 88 nəfər köçürülür.

Qeyd edək ki, köçürülən ailələr Füzuli şəhərində Azərbaycan dövləti tərəfindən yenidən tikilən evlərdə məskunlaşacaqlar.

Bununla da, Böyük Qayıdış proqramı çərçivəsində Füzuli şəhərində 165 ailə, yəni 602 nəfərin daimi məskunlaşması təmin ediləcək.







Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az