Azərbaycanda bu şəxslər hər ay 520 manat alacaqlar - VİDEO

12:40 - 01 Noyabr 2023

Azərbaycanda bu şəxslər hər ay 520 manat alacaqlar - VİDEO

Gələn ildən ehtiyac meyarının həddi artırılacaq. Belə ki, ehtiyac meyarı 246 manatdan 270 manata çatdırılacaq. 

 

Manset.az xəbər verir ki, bu, Hesablama Palatasının 2024-cü ilin dövlət büdcəsi haqqında qanun layihəsinə rəyində öz əksini tapıb. 

Millət vəkili Vüqar Bayramov atv-yə bildirib ki, ehtiyac meyarının artırılması ünvanlı sosial yardım alan ailələrin sayını artıracaq: "Hazırda 5 nəfər üzvü olan ailənin 800 manatlıq gəliri ilə aldığı sosial yardımın məbləği 430 manatdırsa, gələn il bu rəqəm 520 manata qədər yüksələcək".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az