Azərbaycanda İranın molla rejimini təbliğ edən şəxslərə qarşı əməliyyatlar davam edir.
Manset.az Sfera.az-a istinadən xəbər verir ki, həyata keçirilən əməliyyat tədbirləri çərçivəsində molla rejimini təbliğ edən daha iki nəfər, Gəncə sakinləri - Musa Quliyev və Aqil Rzayev həbs ediliblər.
Məlumata görə, hər iki şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinirlər.
