İkinci Fəxri xiyabanda şəhid Əkrəm Şadmanovun əziz xatirəsi yad olundu - FOTO

15:04 - 04 Noyabr 2023

İkinci Fəxri xiyabanda şəhid Əkrəm Şadmanovun əziz xatirəsi yad olundu - FOTO

İkinci Fəxri xiyabanda düşmən təxribatı nəticəsində Ağdamda şəhid olan polkovnik-leytenant Şadmanov Əkrəm Yunus oğlunun şəhadətinin qırxıncı günü münasibətilə məzarı ziyarət olunub. 

 

Manset.az xəbər verir ki, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının əməkdaşları, şəhidin ailə üzvləri, qazilər, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri şəhidin məzarını ziyarət edib, önünə tər güllər düzüb, ruhuna dualar oxuyublar. 

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər. 

Qeyd edək ki, Prezident cənab İlham Əliyevin Sərəncamına əsasən Şadmanov Əkrəm Yunus oğlu sağlığında “İgidliyə görə”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib. 

Allah bütün şəhidlərimizə rəhmət eləsin!


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az