ABŞ prezidenti Donald Tramp bildirib ki, tezliklə rəsmi hökumət vəzifəsini tərk edəcəyi gözlənilən amerikalı milyarder İlon Mask istədiyi qədər administrasiyada qala bilər.
Manset.az-ın xarici mediya istinadən məlumatına görə, Tramp bu barədə Ağ Evdə keçirilən kabinet iclasında danışıb.
Tramp Maskın federal hökumətin kiçilməsi, israfçılığın qarşısının alınması kimi mövzularda ciddi rol oynadığını vurğulayaraq qeyd edib: "Maska qarşı çox ədalətsiz rəftar oldu. O, həqiqətən çoxlu fədakarlıqlar edib".
Yeganə