"İrandan neft almağı dayandırın" - Trampdan ÇAĞIRIŞ

23:16 - 01 May 2025

\"İrandan neft almağı dayandırın\" - Trampdan ÇAĞIRIŞ

ABŞ prezidenti Donald Tramp bildirib ki, İrandan neft və neft məhsulları alanlar ikinci dərəcəli sanksiyalarla üzləşəcək. Bu barədə o, "Truth Social" sosial şəbəkəsində yazıb.


Manset.az-ın məlumatına görə, Tramp vurğulayıb ki, İrandan neft alanlara heç bir formada ABŞ-la iş aparmağa icazə verilməyəcək. Buna görə də o, İran neftinin alışını dayandırmağa çağırıb.

Xatırladaq ki, bundan əvvəl ABŞ İran neftinə qarşı yeni sanksiyalar tətbiq edib. ABŞ dövlət katibi Mark Rubio bildirib ki, İran neftinin ticarəti ilə məşğul olan 7 şirkətə məhdudiyyətlər qoyulub. Bundan əlavə, iki gəmi “bağlı mülk” kimi müəyyən edilib.

Yeganə



Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv