"McDonalds" İsrailə verdiyi dəstəyə görə böyük reaksiya ilə üzləşib və bu, restoranlar şəbəkəsinin satışlarında da özünü göstərir. Belə ki, "McDonald's"ın qlobal satışları bu ilin birinci rübündə 1 faiz azalıb. Bundan əlavə, şirkətin ötən ilin birinci rübündə 2,66 dollar olan səhm üzrə mənfəəti bu ilin eyni dövründə 2,60 dollara düşüb.
Manset.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, "McDonald's" 2025-ci ilin birinci rübü üçün balans hesabatını açıqlayıb.
Restoranlar şəbəkəsinin ABŞ-dakı satışları bu dövrdə 3,6 faiz azalıb ki, bu da 2020-ci ildən bəri ən böyük azalmadır.
İsrailin Qəzzaya hücumları səbəbiylə "McDonald's" boykotların hədəfi olub və bu durum 2023-cü ilin son rübündən etibarən şirkətin maliyyə nəticələrinə mənfi təsir göstərib.
Yeganə