Perunun mərkəzi hissəsində 6 bal gücündə zəlzələ qeydə alınıb.
Manset.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi seysmoloji mərkəzi məlumat verib.
Bildirilir ki, episentr təxminən 140 min nəfərin yaşadığı Ayakuço şəhərindən 179 km cənub-şərqdə yerləşib.
Ocaq 92 km dərinlikdə yerləşib.
Xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb.