Avropada doğulan, Türkiyədə tarix yazan gəmi

12:17 - 19 May 2025

Avropada doğulan, Türkiyədə tarix yazan gəmi

106 il əvvəl baş verən İstiqlal Müharibəsinin başlanğıc nöqtəsi kimi tarixə düşən hadisələr sırasında yalnız Mustafa Kamal Paşa və silahdaşları deyil, onları Samsuna aparan Bandırma gəmisinin də adı xüsusi yer tutur.


Manset.az Haber Global-a istinadən xəbər verir ki, bu gəmi sadəcə bir nəqliyyat vasitəsi deyil, həm də bir millətin taleyində dönüş nöqtəsi olan səfərin simvoludur.

Avropada doğulan, Türkiyədə tarix yazan gəmi

1878-ci ildə Şotlandiyada inşa edilən Bandırma əvvəlcə sadə yük və sərnişin gəmisi kimi fəaliyyət göstərib. 47,7 metr uzunluğa və saatda 9 mil sürətə çata bilən gəmi 50 at gücündə buxar mühərriki ilə hərəkət edirdi. İlk illərdə İngiltərə və Yunanıstana məxsus şirkətlərin istifadəsində olub. 1891-ci ildə baş verən qəza nəticəsində bataraq istifadəyə yararsız hala düşsə də, sonradan təmir edilərək yenidən istismara verilib.

Gəmi sonradan “Kymi” adı ilə tanınıb və bir müddət bu adla üzməyə davam edib. Daha sonra bir Türk firmasına satılaraq Pirey limanından İstanbula qeydiyyata alınıb və adı “Panderma” olaraq dəyişdirilib. Gəmi Tekirdağ, Şarköy və Erdek arasında yük və sərnişin daşıyırdı. 1910-cu ildə Osmanlı Dənizçilik İdarəsinin qərarı ilə gəminin adı bu dəfə “Bandırma” olaraq dəyişdirilib və tarixə düşəcək missiyasına belə hazırlandı.

19 May yolçuluğu – Tarixi dəyişdirən səfər

1919-cu il mayın 16-da İstanbuldan yola çıxan Bandırma gəmisi, Mustafa Kamal Paşa və 47 silahdaşını üç gün üç gecə davam edən səfərlə 19 may tarixində Samsuna çatdırıb. Bu səfər həm Qurtuluş Savaşının başlanğıc nöqtəsi, həm də Bandırma gəmisinin əbədiləşən tarixidir. Qara dənizin sərt sularında ilk dəfə üzən Bandırma, bir xalqın müqavimət ruhunu da daşıyırdı.

Gəminin sonu və xatirəsi

Tarixi səfərdən sonra Bandırma müxtəlif texniki problemlərlə üzləşdi. Bir dəfə sualtı qayıqla toqquşaraq ciddi zədə aldı, daha sonra isə mühərrikində nasazlıq yarandı. 1925-ci ildə Haliç Gəmiqayırma Zavoduna çəkilərək tamamilə söküldü. Lakin onun xatirəsi silinmədi – bu gün Bandırma Gəmi Muzeyində saxlanılan divar saatı, telefon, ölçü cihazları, yanğınsöndürən vasitələr, masa və stullar bu tarixi gəminin yadigarları olaraq qorunur.

Bandırma artıq bir gəmi deyil – o, bir tarixdir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv