1 iyun 2025-ci il tarixində Kolumbiyanın Sutamarçan (Sutamarchán) qəsəbəsində təşkil olunan 15-ci “Gran Tomatina” festivalı rəngarəng və coşqulu anlarla yadda qalıb.
Manset.az xəbər verir ki, İspaniyanın məşhur “La Tomatina” festivalından ilhamlanaraq 2004-cü ildə təşkil olunmağa başlayan bu tədbir, bir neçə illik fasilədən sonra yenidən keçirilib. Tədbirə təxminən 20 min insan qatılıb və iştirakçılar 45 tondan artıq pomidoru bir-birlərinə ataraq əyləniblər.
Festivalın əsas məqsədi bölgənin kənd təsərrüfatı irsini qeyd etmək və yerli iqtisadiyyatı stimullaşdırmaqdır.
Ən yaddaqalan məqamlardan biri isə küçələrdə iştirakçıların bir-birlərinə pomidor atması olub. Bu maraqlı və rəngarəng xaos həm yerli sakinlərin, həm də turistlərin böyük marağına səbəb olub.