Ağ Evdə ABŞ prezidenti Donald Tramp ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında keçirilən görüş başa çatıb.
Manset.az xəbər verir ki, görüş 2 saata yaxın davam edib.
Görüşün detalları ilə bağlı Türkiyə Prezident Administrasiyasının Mətbuat xidməti tərəfindən yazılı açıqlama veriləcəyi gözlənilir.
***
19:42
ABŞ-də səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Amerika lideri Donald Trampın görüşü başlayıb.
Manset.az xəbər verir ki, bu haqda “TRT Haber” məlumat yayıb.
 
                                 
                                 
                                 
                                 
             
                 
                                 
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                            