Çinin şimal-qərb əyaləti olan Qansuda 5,6 maqnitudalı zəlzələ nəticəsində 9 nəfər xəsarət alıb.
Manset.az Report-a istinadən xəbər verir ki, Dinsi şəhərinin Lunsi və Çjansyan qəzalarında doqquz nəfər xəsarət alıb, 4 328 ev zədələnib və 7 812 nəfər təxliyə edilib.
Çin Seysmoloji Şəbəkələr Mərkəzinin (CENC) məlumatına görə, zəlzələ ocağı 10 km dərinlikdə yerləşib.
 
                                 
                                 
                                 
                                 
             
                 
                                 
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                            