Fransa Prezidenti Emmanuel Makron son dövrlərdə su sızıntıları, işçi etirazları və 2025-ci ildəki soyğun hadisələri ilə gündəm olan dünya şöhrətli Luvr Muzeyinin yeni direktorunu təyin edib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Makronun qərarı ilə Luvr Muzeyinin yeni direktoru Kristofer Leribo olmuşdur.
Son aylarda soygun, işçi etirazları və su sızıntıları ilə gündəmdə olan, Parisdə hər gün minlərlə ziyarətçi qəbul edən Luvr Muzeyinin müdiri Lorans des Kar dün vəzifəsindən istefa edib.
Lorans des Karın istefasına dair Elize Sarayından verilən açıqlamada, muzeyi daha təhlükəsiz və müasir etmək üçün yeni bir addıma ehtiyac duyulduğu bildirilmişdir.