Yaponiyanın Vulkan Adaları bölgəsində 6 böyüklüyündə zəlzələ baş verib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, zəlzələ yerli vaxtla 12:55-də olub. Qeydə alınan təkanların 20 kilometr dərinlikdə olduğu bildirilib.
Zəlzələnin ardından tsunami xəbərdarlığı edilməyib.