"Netanyahunun ofisi vuruldu" - İrandan AÇIQLAMA

15:17 - 02 Mart 2026

\"Netanyahunun ofisi vuruldu\" - İrandan AÇIQLAMA

İran İnqilab Keşikçiləri Ordusu İsrail Baş Nazirinin Ofisi və Hava Qüvvələri Komandanlığı qərargahını Hayber raketləri ilə hədəf aldıqlarını açıqlayıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, açıqlamada Baş Nazir Bünyamin Netanyahunun taleyinin naməlum olduğu iddia edilib.

İnqilab Keşikçiləri hücumun nəticələri və əlavə məlumatlarla bağlı detallı açıqlamanın sonradan paylaşılacağını bildirib. İsrail rəsmilərindən isə iddialarla bağlı hələ ki rəsmi bir açıqlama verilməyib.

Bundan əlavə, bəzi sosial media hesabları və regional mənbələr, İsrail Baş Naziri Netanyahunun hücum zamanı Almaniyada olduğu iddiasını irəli sürüb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az