Türkiyəli tanınmış sənətçi İbrahim Tatlısesin mübahisə etdiyi oğlu Ahmet Tatlısesin oğlu Mert Tatlıses müğənni haqqında şokedici açıqlamalar verib.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, "Babam atam üçün qatil tutub" - deyən Mert Tatlıses İbrahim Tatlısesin öz oğluna ölüm cadusu etdirdiyini də irəli sürüb.
İbrahim Tatlıses mübahisəli olduğu oğlu Ahmet Tatlıses barədə, "Ahmetə bir qəpik belə qoysam, Allah məni yerə batırsın. Hətta bir stul belə qoymayacağam. Çünki layiq deyil" - ifadələri ilə ona miras qoymayacağını bildirmişdi.
Ahmet Tatlıses isə bu sözlərə cavab olaraq, "Övlad ataya, ata övlada nifrət edə bilməz. İbrahim bəyin xəstəlikləri var. Bu xəstəliklər ona bunları dedirdir. Bu, demansın başlanğıcı ola bilər. Unutqanlıq bu xəstəliyin göstəricisidir. Mal-mülk məsələləri ilə bağlı dediklərinin əksəriyyəti həqiqət deyil. Övladlarından bir neçəsi rahatdır, digərləri, xüsusən də, qız övladları rahat həyat yaşamır" - deyib.