Kuba sahillərində 5,8 bal gücündə zəlzələ baş verib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-nin Coğrafi Araşdırmalar Mərkəzi (USGS) tərəfindən verilən məlumata görə, zəlzələnin episentri Kubanın Guantanamo bölgəsinə bağlı Maisi şəhərindən 49 kilometr cənub-qərbdə yerləşib.
Zəlzələ 11,6 kilometr dərinlikdə qeydə alınıb. Hadisə ilə əlaqədar olaraq heç bir ölüm və ya maddi ziyan məlumatı verilmir.
Zəlzələdən sonra sunami xəbərdarlığı verilməyib.