Xəstəxananı bombaladılar - 400 nəfər öldü

11:07 - 17 Mart 2026

Xəstəxananı bombaladılar - 400 nəfər öldü

Əfqanıstanda narkotik asılılığı müalicəsi üçün fəaliyyət göstərən xəstəxanaya hava hücumu edilib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, hücum nəticəsində 400 nəfərin həyatını itirdiyi bildirilib.

Əfqanıstan hökumətinin sözçü müavini Hamdullah Fıtrat verdiyi yazılı açıqlamada, "Axşam saat 21:00-da Pakistan hərbi rejimi Omid Narkotik Müalicə Xəstəxanasını hədəf alaraq hava hücumu həyata keçirib. Hücum nəticəsində xəstəxananın böyük hissələri tamamilə dağılıb" - ifadələrini qeyd edərək, ilkin məlumatlara əsasən ən azı 400 nəfərin həyatını itirdiyini, təxminən 250 nəfərin isə yaralandığını bildirib.

Hadisə yerinə göndərilən yanğınsöndürən və xilasetmə qrupları yanğını nəzarət altına alıb, dağıntılar altında qalanlar üçün xilasetmə işləri davam edir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az