ABŞ-nin nəhəng bankı zərərçəkənlərlə razılaşdı - Epşteyn qalmaqalında YENİLİK

12:03 - 17 Mart 2026

ABŞ-nin nəhəng bankı zərərçəkənlərlə razılaşdı - Epşteyn qalmaqalında YENİLİK

ABŞ-də uşaq istismarı və insan alveri şəbəkəsi qurmaqla ittiham edilən milyarder Jeffrey Epşteynin ilə bağlı proseslərdə yeni bir inkişaf baş verib.



Manset.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ mərkəzli maliyyə nəhəngi "Bank of America" Epşteynin qurbanları tərəfindən açılan kollektiv iddiada anlaşmaya əldə edib.


İddianamədə qurbanlar "Bank of America"nın Epşteynin maliyyə əməliyyatlarını həyata keçirərkən şübhəli fəaliyyətləri görməzdən gəldiyini və bununla da istismar şəbəkəsinin davam etməsinə dolayı yolla dəstək verdiyini iddia edirdilər.


Tərəflərin razılığa gəldiyi bildirilərək uzlaşmanın detalları və ödəniləcək təzminat məbləği hələlik ictimaiyyətə açıqlanmayıb. Razılaşmanın qüvvəyə minməsi üçün məhkəmə təsdiqi tələb olunur.


Epşteynin maliyyə əməliyyatları ilə əlaqədar əvvəlcə bir neçə böyük bank oxşar iddialarla üzləşmişdi. Daha əvvəl "JPMorgan Chase" və "Deutsche Bank" da Epşteynin qurbanları ilə milyonlarla dollar məbləğində uzlaşma razılaşmaları imzalamışdı.


Ekspertlər bankların müştəri əməliyyatlarını nəzarətdə saxlama məsuliyyəti səbəbindən Epşteyn proseslərinin maliyyə sektoru üçün mühüm bir nümunə təşkil etdiyini vurğulayırlar.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az