Müctəba Xameneinin Rusiyada olması iddiasına İrandan CAVAB

16:03 - 17 Mart 2026

Müctəba Xameneinin Rusiyada olması iddiasına İrandan CAVAB

İran ölkənin yeni dini lideri Ayətullah Müctəba Xameneinin Rusiyanın paytaxtı Moskvada tibbi müalicə aldığına dair iddialara cavab verib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-İsrailin İrana yönəlik hücumları 18-ci günündə davam edir. ABŞ və İsrailin hücumları ilə İranın qarşılıq reaksiyaları sürərkən İranın yeni dini lideri Müctəba Xameneinin sağlamlıq durumu da müzakirə mövzusu olub.

İrandan verilən ən son açıqlamada, Müctəba Xameneinin ABŞ-İsrail hücumlarının başlanğıcında yüngül yaralandığı, lakin vəziyyətinin yaxşı olduğu bildirilib. Müctəba Xamenei açıqlamadan qısa bir müddət sonra video mesaj yayımlamışdı.

Ən son irəli sürülən iddialar isə, Müctəba Xameneinin Moskvada tibbi müalicə aldığı yönündə olub. İranın Rusiyadakı səfiri Kazem Celali bu iddialara dair açıqlama verib.

Celali Xameneinin Moskvada tibbi müalicə aldığına dair mətbuatda çıxan xəbərləri təkzib edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az